RU

“Oyunların sayını azaltmaq futbolçuların maaşına təsir edəcək”

UEFA prezidenti Aleksander Çeferin futbolçuların sıx oyun qrafiki ilə bağlı narazılığına münasibət bildirib.

Msport.az xəbər verir ki, funksioner bu cür etirazların yersiz olduğunu bildirib. Onun sözlərinə görə, oyun sayı azalsa, bu, futbolçuların məvacibinə təsirsiz ötüşməyəcək:

“Futbolçuların müasir qladiator olduqlarını desək, məsələni bir az şişirtmiş olarıq. Oyunçular meydanda hakimlər tərəfindən də qorunur. Hazırda futbolçular daha çox oyun keçirirlər. Lakin “ən çox əziyyət çəkənlər yüksək səviyyədə olanlardır” fikri ilə də razı deyiləm. Mənim ölkəm Sloveniyadan olan futbolçular “Real Madrid”in oyunçuları kimi tez-tez meydana çıxırlar, lakin onlardan 500 dəfə az maaş alırlar. Matçların sayını azaltsaq, klubların gəlirləri aşağı düşəcək. Bu isə futbolçuların maaşına təsir edəcək”.

Qeyd edək ki, dəfələrlə tanınmış futbolçular sıx qrafikdə oynamaqla bağlı öz etirazlarını dilə gətiriblər.

Избранный
71
6
msport.az

7Источники