RU

Devid Kutun Yurgen Klopu təhqir etməsi ona baha başa gəldi

Sosial şəbəkələrdə yayılmış videoda ingilis baş hakim Devid Kutun səsləndirdiyi fikirlər İngiltərədə böyük qalmaqala yol açıb.

Arena.az məlumat verir ki, sözügedən videoda Kut “Liverpul” və “qırmızılar”ın keçmiş baş məşqçisi, alman mütəxəssis Yurgen Klopp haqqında mənfi fikirlər səsləndirib:

“Klopp? Əşi, o, axmağın dal ayağıdır. Mən onların “Börnli” ilə oyununda hakimlik etdiyim vaxt mənə hücum çəkmişdi, sonra da məni yalan danışmaqda ittiham etdi. Belə təkəbbürlü adamla danışmaq mənə maraqlı deyil”, deyə Kut digər “gözəl sözləri” ilə baradər video üzərindən bildirib.

Bununla yanaşı, Kut həmsöhbətinə videonun ictimaiyyətə sızmaması gərək olduğunu da vurğulayıb. Amma göründüyü kimi, sirri saxlamaq mümkün olmayıb və video ictimailəşdirilib.

Əlavə edək ki, jurnalist Darren Lyuis Devid Kutun videonu saxta adlandırdığını yazmışdı. Jurnalistin yeniləməsinə görə, sonradan hakim qələtini təsdiqləyib. Amma o da vurğulanır ki, Kut bu söhbətin məzmununu xatırlamır.

Hazırda İngiltərə Peşəkar Hakimlər Şurası (PGMOL) Devid Kutun barəsində təftiş aparır. O, müvəqqəti olaraq hakimlikdən kənarlaşdırılıb. Təftiş bitdikdən sonra 42 yaşlı hakimin sərt cəzalandırılması da istisna edilmir.

Избранный
41
arena.az

1Источники