RU

Qazaxıstan və Finlandiya prezidentləri Bakıda danışıqlar aparıblar

Qazaxıstan dövlət başçısı Kasım-Jomart Tokayev Bakıda keçirilən COP29 iqlim konfransı çərçivəsində Finlandiya Prezidenti Aleksandr Stubb ilə danışıqlar aparıb. 

News365.az xəbər verir ki, bu barədə Qazaxıstan KİV-i məlumat yayıb. 

O vurğulayıb ki, Finlandiya Şimali Avropa regionunda və bütövlükdə Avropa İttifaqında Qazaxıstanın etibarlı tərəfdaşıdır.  Söhbət zamanı dövlət başçıları ikitərəfli əlaqələrin, o cümlədən ticari-iqtisadi və mədəni-humanitar sahələrdə daha da inkişaf etdirilməsinə sadiq olduqlarını təsdiq ediblər.  Bundan əlavə, beynəlxalq və regional gündəliyin aktual məsələləri, çoxtərəfli birliklər çərçivəsində qarşılıqlı fəaliyyət ətrafında fikir mübadiləsi aparılıb. 

Tərəflər qarşılıqlı səfərlər məsələsini müzakirə ediblər.  K.Tokayev qeyd edib ki, o, Finlandiyaya dövlət səfəri edəcək.

Избранный
33
1
news365.az

2Источники