RU

Güclü yağışlar İspaniyaya ziyan vurmaqda davam edir

Güclü yağışlar İspaniyaya ziyan vurmaqda davam edir

Oktyabrın 29-da İspaniyada daşqınlara səbəb olan leysan yağışlar ölkənin müxtəlif bölgələrində təsirli olmaqda davam edir.Güclü yağışlar sonuncu dəfə ölkənin cənubundakı Əndəlüs bölgəsindəki Almeriya şəhərinə yağıb.İki gündür təsirli olan yağışlar səbəbiylə Almeriya şəhər mərkəzi xaricində olan Vicar, El Ejido və Roquetas de Mar bölgələrində bəzi yolların çökdüyü, bir çox avtomobilin sel sularından ciddi ziyan gördüyü bildirilib.Əndəlus muxtar hökumətinin Təcili Yardım agentliyinin leysan yağışlardan zərər çəkmiş 40-a yaxın yerə müdaxilə etdiyi, maşınlarında sıxışan 3 nəfərin xilas edildiyi açıqlanıb.Almeriya ətrafındakı bəzi yolların şiddətli yağış səbəbindən nəqliyyata bağlandığı qeyd edilib.Digər tərəfdən, İspaniya Meteorologiya İnstitutu (AEMET) bu gün və sabah Valensiya, Balear adaları və Əndəlüs bölgələrində hər kvadrat metrə 100-120 litrə qədər düşəcək güclü yağış gözlənildiyi barədə xəbərdarlıq edib.Bu bölgələrdə əhəmiyyətli təhlükə kimi tanınan narıncı xəbərdarlıq elan edilib.Oktyabrın 29-da İspaniyada baş verən daşqın nəticəsində ümumilikdə 222 nəfər həlak olub.Hökumət bir həftə ara ilə elan edilən iki yardım və ehtiyat paketində 75-i Valensiyada olmaqla 78 rayon və qəsəbədə fəlakət qurbanlarının yaralarını sağaltmaq və bölgənin yenidən qurulması üçün təxminən 14 milyard avro köçürüləcəyini açıqlayıb.Mənbə: AA

Избранный
115
6
afn.az

7Источники