RU

Faiq Ələkbərli “Orta çağ Türk fəlsəfəsi və Yusif Xas Hacıbin “Qutadqu bilik” Kıtabı” mövzusunda məruzə edib

Image

Bu gün Özbəkistanın paytaxtı Daşkənd şəhərində Kütahya Türk Ocağı və Alfraganus Üniversitetinin təşkilatçılığıyla IV. Beynəlxalq Türk Coğrafiyası Sosial Elmlər Araşdırmaları Konqresi öz işinə başlayıb. Üz-üzə və onlayn şəkildə həyata keçirilən Beynəlxalq Konqresin əsas mövzusu Türk xalqlarının ortaq dəyərləridir.

Beynəlxalq Konqresdə onlayn şəkildə iştirak edən AMEA Fəlsəfə və Sosiologiya İnstitutu “Türk xalqlarının fəlsəfi fikir tarixi və müasir fəlsəfəsi” şöbəsinin müdiri, fəlsəfə üzrə fəlsəfə doktoru, dosent Faiq Ələkbərli “Orta çağ Türk fəlsəfəsi və Yusif Xas Hacıbin “Qutadqu bilik” kıtabı” mövzusunda məruzə edib. F.Ələkbərliyə görə Türk bilgəsi, filosofu Yusif Balasaqunlu bu əsəri ilə insan həyatının mənasını təhlil etmiş, onun cəmiyyət və eyni zamanda dövlət içindəki vəzifəsini təyin edən bir fəlsəfə – həyat fəlsəfəsi sistemi formalaşdırmışdır. “Qutadqu biliy”in başlıca qayəsi ideal cəmiyyətin, idela insanın tərənnümündən ibarətdir.

Zümrüd






Избранный
50
baki-xeber.com

1Источники