RU

Amerika İran dəstəkli qruplara qarşı cavab əməliyyatı keçirib

 

Amerika Birləşmiş Ştatları qüvvələrinə qarşı edilən hücumlara cavab olaraq Suriyadakı İran dəstəkli qruplarla əlaqəli 9 hədəfə hücum təşkil etdiyini açıqladı.

ABŞ Mərkəzi Qüvvələr Komandirliyinin (CENTCOM) rəsmi saytında yayınlanan açıqlamada terror təşkilatı İŞİD ilə mübarizə çərçivəsində Suriyada yerləşən Amerika qüvvələrinə edilən hücumlara cavab verdiyi bildirilib. Suriyadakı İran dəstəkli qrupların məskunlaşdığı 2 bölgədə 9 hədəfə hücum edildiyi və bununla da həmin qrupların gələcəkdə ABŞ və müttəfiqlərinə qarşı hücum ehtimalının azaldıldığı qeyd edilib.

CENTCOM rəisi general Maykl Erik Kurilla Amerika qüvvələrinə edilən hücumlara qarşı səbrli davranmayacaqlarını vurğulayaraq öz əməkdaşlarını və tərəfdaşlarını qorumaq üçün lazımlı bütün addımları atmağa davam edəcəyini bildirib.



Избранный
28
trt.net.tr

1Источники