Ekologiya və Təbii Sərvətlər Nazirliyi və Asiya İnkişaf Bankı Azərbaycanda buzlaqların əriməsinə qarşı layihə həyata keçirəcək.
Bu barədə APA-ya açıqlamasında maliyyə naziri Samir Şərifov məlumat verib.
"COP29 çərçivəsində bununla bağlı bir tədbirin keçirilməsi və texniki yardım layihəsinin imzalanması nəzərdə tutulub", - deyə nazir bildirib.