RU

Qazaxıstan Prezidenti: Xəzər dənizi təhlükə altındadır

Bu gün Xəzər dənizi təhlükə altındadır. Dünyanın ən böyük gölünün xilası bizim ümumi problemimizdir və uzunmüddətli beynəlxalq əməkdaşlıq tələb edir.

AZƏRTAC Akordanın mətbuat xidmətinə istinadla xəbər verir ki, bunu Qazaxıstan Prezidenti Kasım-Jomart Tokayev BMT-nin İqlim Dəyişikliyi üzrə Çərçivə Konvensiyasının Tərəflər Konfransının 29-cu sessiyası (COP29) çərçivəsində keçirilən Liderlərin Sammitində çıxışı zamanı deyib.

Kasım-Jomart Tokayev deyib: “Biz Prezident İlham Əliyevin Xəzəryanı ölkələrin Ekspertlər Qrupunun yaradılması təşəbbüsünü dəstəkləyirik. Bununla yanaşı, Qazaxıstan Aral dənizinin qorunması üçün konkret addımlar atır”.

Dövlət başçısı Qazaxıstanın qlobal iqlim gündəliyinə sadiqliyini təsdiqləyib və iqlim dəyişikliyi ilə mübarizədə beynəlxalq əməkdaşlığın vacibliyini vurğulayıb.

Kasım-Jomart Tokayev sammitin təşkilinə və Azərbaycanın COP29-da uğurlu sədrliyinə görə Prezident İlham Əliyevə minnətdarlığını bildirib.

Qazaxıstan Respublikasının Prezidenti öz ölkəsinin ədalətli, əhatəli və şəffaf iqlim gündəliyinin yaradılmasına yönəlmiş çoxtərəfli səylərə qətiyyətlə sadiq olduğunu bir daha vurğulayıb, həmçinin beynəlxalq tərəfdaşlarla gələcək əməkdaşlığa hazır olduğunu təsdiqləyib.

Избранный
38
1
yeniazerbaycan.com

3Источники