RU

Beynəlxalq Məhkəmə Ermənistanın etirazını rədd etdi

Beynəlxalq Ədalət Məhkəməsi Azərbaycanın Dağlıq Qarabağda mina və tələlərin yerləşdirilməsi və işğal illərində etnik təmizləmə aparılması ilə bağlı iddiasına Ermənistanın etirazını rədd edib.
 
AZXEBER.COM xəbər verir ki, Beynəlxalq Ədalət Məhkəməsi bu gün açıqladığı iki ayrı qərarla Azərbaycan və Ermənistanın bir-birinə qarşı qarşılıqlı olaraq qaldırdığı \"İrqi ayrı-seçkiliyin bütün formalarının ləğv edilməsi haqqında Beynəlxalq Konvensiyanın icrası” ilə bağlı ilk etirazları qiymətləndirib və yekunlaşdırıb.
 
2021-ci ilin sentyabrında təxminən bir həftə ara ilə iki ölkənin bir-birinə qarşı qaldırdığı işləri qiymətləndirən beynəlxalq məhkəmə Ermənistanın Azərbaycanın açdığı iş üzrə yurisdiksiyaya malik olmadığı və işə mahiyyəti üzrə baxılmaması barədə iddialarını rədd edib. İşə mahiyyəti üzrə baxılması barədə qərar qəbul edib.

Məhkəmə, həmçinin mina və tələlərin yerləşdirilməsi ilə bağlı Azərbaycanın Ermənistana qarşı ittihamlarının araşdırılmasına dair Ermənistanın etirazlarını rədd edib. 
 
Azərbaycan xarici işlər nazirinin müavini Elnur Məmmədov qərarla bağlı sosial şəbəkə hesabında açıqlama verib:
 
\"Bu gün Beynəlxalq Ədalət Məhkəməsi onilliklər ərzində etnik təmizləmə və digər irqi ayrı-seçkilik aktları ilə bağlı Ermənistana qarşı qaldırdığı işə baxılmasına qərar verib. Ermənistanın basdırdığı minalar bu gün də vətəndaşlarmız üçün təhlükə törədir\".
 
Aysel


Избранный
52
25
azxeber.com

10Источники