ABŞ Mərkəzi Komandanlığı (CENTCOM) noyabrın 12-də ölkənin şimal-şərqindəki ABŞ bazasına edilən hücumlara cavab olaraq Suriyada İranın dəstəklədiyi qrupların hədəflərinə zərbələr endirib.
"Operativ Məlumat Mərkəzi-OMM" xəbər verir ki, CENTCOM bu barədə "X"də məlumat yayıb.
Nəşrin məlumatına görə, zərbələr ABŞ-ın Əl Şəddadidəki patrul bazasında amerikalı personala raket hücumuna cavab olaraq həyata keçirilib.
Komandanlıq qeyd edib ki, hücumda Amerika obyektləri, ABŞ hərbi personalı və onların tərəfdaşları zərər görməyib.