RU

Rusiyada xeyli sayda hərbçi fərarilik edib

Rusiyanın Novosibirsk vilayətində hərbi hissəni icazəsiz tərk etmiş on hərbçi axtarılır. Onlar Koçenevo fəhlə qəsəbəsinin ərazisində gizlənirlər. Bu barədə vilayətin Koçenevski rayonunun rəhbəri Yevgeni Antipov özünün Telegram kanalında məlumat yayıb.

İlkin məlumata görə, hərbçilər fərarilik etdikdən sonra taksi ilə kəndi tərk ediblər. Onlardan dördü artıq saxlanılıb, qalan altı nəfər isə axtarışdadır.

Xatırladaq ki, sentyabrın 3-də 72.ru portalı oxşar mövzuda məlumat yaymşdı. Nəşr məhkəmənin Ukrayna müharibəsində iştirak edən tümenli müqaviləli əsgəri fərariliyə görə 6 il müddətinə azadlıqdan məhrum etmə cəzasına məhkum etdiyini yazıb. Məqalədə qeyd olunub ki, Kamil K. adlı şəxs Rusiya Müdafiə Nazirliyi ilə müqavilə imzalayıb və cəbhəyə gedib. Lakin sonradan icazəsiz olaraq xidməti yerini tərk edib.

Qeyd edək ki, Rusiya ilə Ukrayna arasındakı genişmiqyaslı müharibə 2022-ci ilin fevralın 24-də başlayıb. Moskva işğal zamanı qoşunları Kiyevə qədər apara bilsə də, sonradan müharibədə üstünlük nisbətən Ukraynanın tərəfinə keçib. Ukrayna qoşunları ötən ilin iyunundan əks-hücum əməliyyatlarına başladılar. Amma bu da uğurlu olmadı. Son aylarda isə Rusiya yenidən döyüş meydanındakı vəziyyəti öz xeyrinə dəyişə bilib.

Tural

Избранный
76
news365.az

1Источники