Bakı. Trend:
COP29 çərçivəsində Trend BİA “COP for Hope” adlıxüsusi layihəni təqdim edir. Bu layihə iqlim dəyişikliyi iləmübarizədə vahid məqsəd uğrunda birləşmiş dünya liderlərinin, ölkərəhbərlərinin və müxtəlif sahələrdə – siyasət, iqtisadiyyat, elm vəekologiyada öncül şəxslərin fikirlərini dinləmək üçün unikal imkanyaradır.
Budəfəki müsahibimiz: Seneqal nümayəndəsi MamaduMbake Sekdir.
M.Sek Trend-əaçıqlamasında bildirib ki, COP29-da Bakıda iştirak etməkdən çoxməmnunuq, çünki burada bir çox təşkilatlarla görüşmək və yığılıbqalan iqlim problemlərini həll etmək üçün gözəl imkanyaradılıb.
Onun sözlərinə görə, son illərdə Seneqalda çox sayda neft və qazyataqları aşkarlanıb.
"Bu sahədə istehsalın ekologiya və iqlimə təsiri barədə daha çoxməlumata ehtiyacımız var. Bu gün Bakıda bütün dünya toplaşıb və bizbütün bəşəriyyətə müraciət edirik: dənizlərin və onlarınsərvətlərinin, təmiz suyun – həyat mənbəyinin qorunmasınaçağırırıq, iqlim dəyişiklikləri ilə mübarizə üçün əlavə vəsaitlərinayrılmasını tələb edirik ki, insanlara və ölkələrə yaşıl planetnaminə kömək edək", – deyə o vurğulayıb.
Qeyd edək ki, noyabrın 11-də BMT-nin İqlim Dəyişikliyi üzrəÇərçivə Konvensiyasının (COP29) Tərəflər Konfransının 29-cusessiyasının açılışı olub. Dünən isə Bakıda BMT-nin İqlimDəyişmələri üzrə Çərçivə Konvensiyasının Tərəflər Konfransının29-cu sessiyasının (COP29) Liderlər Sammitinin açılış mərasimikeçirilib.
Noyabrın 22-dək Bakı Stadionunda keçiriləcək COP29 Azərbaycanınbu günədək təşkil etdiyi ən nəhəng tədbirdir və regionda ilk dəfəAzərbaycanda baş tutur.
COP29 çərçivəsində ən yüksək səviyyəli tədbir – DünyaLiderlərinin İqlim Fəaliyyəti Sammiti noyabrın 12-13-də təşkilolunacaq.
COP29-dan əsas gözlənti iqlim maliyyəsi ilə bağlı ədalətli vəambisiyalı Yeni Kollektiv Kəmiyyət Hədəfinin (NCQG)razılaşdırılmasından ibarətdir.
COP29 Sədrliyi tərəfindən iqlim fəaliyyəti ilə dayanıqlı inkişafməqsədləri arasında əlaqəni ehtiva edən, yaşıl enerji dəhlizləri,yaşıl enerji saxlancları, iqlim dayanıqlılığı üçün harmoniya, təmizhidrogen, orqanik tullantılarda metanın azaldılması, yaşıl rəqəmsalfəaliyyət və digər mövzuları əhatə edən 14 təşəbbüs irəlisürülüb.
İqlim maliyyəsinin yaradılması fəaliyyət üçün şərait yaradanəsas prioritet olmaqla yanaşı, hamını bir araya gətirməklə 1,5°Cöhdəliyinin yerinə yetirilməsinə töhfə verəcək.