RU

“Dünya COP29-dan bəhrələnəcək” - ŞƏRH EDİLDİ

“Bu gün dünya iqlim dəyişikliklərinin yaratdığı ciddi problemlərlə üz-üzədir. Quraqlıq, səhralaşma, təbii fəlakətlər insanları seçim qarşısında qoyub. Digər tərəfdən dünyada baş verən müharibə və münaqişələr, aclıq ciddi tədbirlər görülməsini gündəmə gətirir. COP29-da məhz belə məqsədlərə xidmət edən bəşəri əhəmiyyətli tədbirdir. Tədbirin Azərbaycanda keçirilməsi dövlətimizə göstərilən çox böyük etidam kimi qiymətləndirilməlidir. Çünki Azərbaycan bir çox beynəlxalq əhəmiyyətli tədbirlərə ev sahibliyi etmiş və öz təşkilatçılığı ilə seçilmişdir”. Bu sözləri SİA-ya açıqlamasında millət vəkili Tahir Rzayev deyib.

Deputat bildirib ki, dünən, COP-un ikinci günündə Azərbaycan Prezidenti cənab İlham Əliyev öz çıxışında beynəlxalq tədbirin Azərbaycanda keçirilməsinə böyük dəyər verərək, bildirdi ki, Azərbaycan Qoşulmama Hərəkatına rəhbərlik edib, İslam Əməkdşalıq Təşkilatının fəal üzvüdür, Avropanın 10 ölkəsi ilə əməkdaşlığa dair müqavilələr imzalamış, Avropa enerji təhlükəsizliyində mühüm yerə sahib olan dövlətdir. Buna görə də COP29-un Azərbaycanda keçirilməsini təbii hesab etmək olar.

Bu gün dünyanın nəzəri Azərbaycanın üzərindədir. Çünki COP29 siyasi, iqtisadi və sosial əhəmiyyətli mühüm tədbirdir. Belə ki, 200-dən artıq dövlətin Azərbaycanı dəstəklədiyi və 70 minə yaxın insanın iştirak etdiyi COP29 və tədbirin keçirilməsinə göstərilən hazırlıq nümayiş etdirir ki, Azərbaycan bəşəri dəyərlərə yüksək qiymət verir, dünyada iqlim təhlükələrinin qarşısının alınması üçün qüvvələri səfərbər etməyi bacarır. Azərbaycan xalqı iqlim dəyişmələrinin yaratdığı çətinlikləri aradan qaldırmaq üçün öz səylərini birləşdirib.

Sözsüz ki, COP29-un keçirildiyi günlərdə çox ciddi məsələlər gündəmə gətirildi. İqlim dəyişikliklərinin yaratdığı çətinliklərin qarşısını almaq, qida təhlükəsizliyi, kənd təsərrüfatı, tibb, iqtisadi məsələlər, quraqlıqdan əziyyət çəkən ölkələrə yardım göstərilməsi, eləcə də COP-un maliyyə bazasının yüksəldilməsi ilə əlaqədar olan tədbirlərdir. Bu tədbir dünya əhəmiyyətli kampaniyadır və keçirildiyi ölkələrdə bir çox hallarda öz səmərəliyi ilə seçilib. Azərbaycanın həyata keçirdiyi hazırlıq, təşkilatçılıq işi, qarşıya qoyulan məsələlərə ciddi münasibət tədbiri daha da səmərəli edəcək və dünya COP29-dan bəhrələnəcək”.

Müəllif: Səbinə Hüseynli
Избранный
24
sia.az

1Источники