RU

ABŞ-ın yeni prezident seçimindən sonra Azərbaycanla əlaqələri...

Azərbaycan Xarici İşlər Nazirliyinin (XİN) Mətbuat xidməti idarəsinin rəisi Ayxan Hacızadə ABŞ-da yeni prezident seçimindən sonra Azərbaycanla bu ölkənin gələcək əlaqələrinin necə olacağına münasibət bildirib.

Axar.az xəbər verir ki, XİN rəsmisi jurnalistlərə açıqlamasında qeyd edib ki, ABŞ-da keçirilən yeni prezident seçkilərini nəzərə alaraq dəyişən administrasiyanın hansı siyasət yürüdəcəyi və hansı addımlar atacağını indidən demək çətindir.

A.Hacızadə qeyd edib ki, Azərbaycan neft qaz ölkəsi olmasına baxmayaraq, uzunmüddətli perspektivdə "yaşıl enerji"yə keçid, karbon emissiyasının azaldılması istiqamətində müvafiq tədbirlər görməyi nəzərdə tutur.

O vurğulayıb ki, Azərbaycan "yaşıl enerji"yə keçid istiqamətində hazırda müvafiq böyük layihələr həyata keçirir:

"Bu layihələr Azərbaycanda enerji infrastrukturunun şaxələndirilməsi istiqamətində böyük əhəmiyyət kəsb edən məsələlərdən biridir".

Избранный
60
21
axar.az

10Источники