RU

COP29-un Yaşıl Zonasında "Okeandakı plastiklər və təmiz dizaynın gələcəyi" adlı tədbir keçirilib

1 iyul 2024-cü ildən etibarən Oxu.az mobil tətbiqinin köhnə versiyasına dəstək dayandırılacaq - yenilənmiş versiyanı endirmək üçün Google Play və ya AppStore-a keçməyiniz xahiş olunur.



Bakıda BMT-nin İqlim Dəyişikliyi üzrə çərçivə Konvensiyasının Tərəfləri Konfransının 29-cu sessiyasının (COP29) üçüncü günündə Yaşıl Zonada "Okeandakı plastiklər və təmiz dizaynın gələcəyi" adlı tədbir keçirilib.
Oxu.Az xəbər verir ki, dəyirmi masa arxasında Britaniyanın aparıcı materialşünaslıq şirkəti "KluraLabs"ın nümayəndələri okeandakı plastiklərin, innovativ istifadəsi, dövri həllər, təmiz və funksional dizayn mövzularında müzakirə aparıblar.
İştirakçılar əsasən yerli sahil icmalarını dəstəkləyəcək və qlobal miqyasda diqqət və müsbət təsir yaradacaq iqtisadi və sosial təşəbbüslərdən danışıb, eyni zamanda özəl sektor, QHT-lər və təsir yönümlü təşəbbüslər arasında əməkdaşlığı gücləndirmə ehtiyacını araşdırıblar.
Müzakirə maraqlı və qaynar keçib.
Xanım Aydın
Избранный
128
50
oxu.az

10Источники