1 iyul 2024-cü ildən etibarən Oxu.az mobil tətbiqinin köhnə versiyasına dəstək dayandırılacaq - yenilənmiş versiyanı endirmək üçün Google Play və ya AppStore-a keçməyiniz xahiş olunur.
"Məğlubiyyətdəki məsuliyyəti öz üzərimə götürürəm".
"Report"un Solna şəhərinə ezam olunan əməkdaşı xəbər verir ki, bunu Azərbaycan millisinin baş məşqçisi Fernandu Santuş İsveç yığmasına qarşı keçirdikləri Millətlər Liqasının oyunundan sonra baş tutan mətbuat konfransında deyib.
69 yaşlı mütəxəssis böyükhesablı məğlubiyyəti şərh edib:
"İndiyə qədər olan oyunlarda doğru yolda olduğumuzu deyirdim. Amma bugünkü görüş barədə bunu deyə bilmərəm. Məğlubiyyətdəki məsuliyyəti öz üzərimə götürürəm. Komandanın taktiki sxemini mən düzəldirəm və futbolçuları heyətə cəlb edən mənəm".
Qeyd edək ki, "Stroberri Arena"da baş tutan C Liqasının son matçında Azərbaycan yığması səfərdə İsveçə 6:0 hesabı ilə uduzub.