RU

Azərbaycanlı və ermənilərdən rüşvət alan polis rəisi saxlanıldı

Rusiyanın Tula vilayətində yüksək rütbəli polis əməkdaşı miqrantlara kvota verilməsi işi üzrə saxlanılıb.

Lent.az yerli mediaya  istinadla bildirir ki, söhbət yerli polis müvəkkillərinin fəaliyyətinin təşkili şöbəsinin keçmiş rəisindən gedir.

O, Ermənistan və Azərbaycandan olan miqrantların müvəqqəti yaşamalarına icazə verən kvotaların verilməsi üzrə komissiyanın üzvü kimi komissiyaya verilən məlumatların etibarsız olduğunu bilə-bilə rüşvət müqabilində müsbət qərar qəbul edib.

Məlumata görə, polis rəisi bu işdə tək deyil. Regionda miqrasiyanın təşkili ilə məşğul olan cinayətkar birliyin bir hissəsi kimi hərəkət edib. Cinayət işi üzrə istintaq davam edir.

Избранный
52
medianews.az

1Источники