RU

“Dağlar üzrə gündəliyin irəlilədilməsi, ümumi trend və iqlim dəyişikliyi” mövzusunda yüksək səviyyəli dialoq keçirilib

Bakı. Trend:

Bu gün Azərbaycan Respublikasının xarici işlər naziri CeyhunBayramov BMT-nin İqlim Dəyişmələri üzrə Çərçivə Konvensiyasının29-cu sessiyasının (COP29) Dünya Liderlərinin İqlim FəaliyyətiSammiti çərçivəsində təşkil olunan “Dağlar üzrə gündəliyinirəlilədilməsi, ümumi trend və iqlim dəyişikliyi” mövzusunda yüksəksəviyyəli dialoqda iştirak və çıxış edib.

XİN-dən Trend-ə bildirilibki, yüksək səviyyəli tədbirdə, həmçinin Qırğız RespublikasınınPrezidenti Sadır Japarov, Monqolustanın Prezidenti UxnaaqiynXurelsux, Nepal Prezidenti Ramçandra Paudel, habelə digər yüksəksəviyyəli rəsmilər iştirak edib.

Tədbirdə çıxışı zamanı nazir Ceyhun Bayramov, dağların Yerkürəsində bir çox insanın evi rolu oynaması ilə yanaşı, onlarıntəmin etdiyi təbii ehtiyatların, o cümlədən su resurslarınınvacibliyi, habelə ekosistem və biomüxtəliflik baxımındanəhəmiyyətindən bəhs edib.

Dağlarda buzlaqların əriməsi, bunun nəticəsində yaranan daşqınvə torpaq sürüşmələri kimi fəlakətlərin bu istiqamətdə sistematiktədbirlərin görülməsini şərtləndirdiyi diqqətə çatdırılıb.

BMT-nin könüllü alyansı olan “Dağ Tərəfdaşlığı” kimi şəbəkələrinmüvafiq çağırışlar üzrə məlumatlılığın artırılması, resurslarınsəfərbərliyi baxımından əhəmiyyəti qeyd olunub. Bununla belə,dağlarda yaşayan insanlar və dağ ekosistemini qorumaq üçün daha çoxişlərin görülməsinin, həll yolları istiqamətində əməkdaşlığınmöhkəmləndirilməsinin əhəmiyyəti vurğulanıb.

COP29 sədrliyimizin o cümlədən, dağ ekosistemi ilə bağlı iqlimproblemlərinin yerli icmalara münasibətdə spesifik və hədəfyönümlüiqlim planlarına ehtiyac duyduğuna diqqət çəkdiyi qeyd olunub.

Избранный
41
9
az.trend.az

10Источники