RU

Azərbaycan COP29 kimi böyük və vacib bir tədbirin öhdəsindən gəlib - CEO iqlim liderləri alyansının həmsədri

Bakı. Trend:

COP29 kimi böyük və vacib bir tədbiri qısa müddətdəplanlaşdırmağın nə qədər ağır yük olduğunu bilirik və Azərbaycanbunun öhdəsindən gəlib.

Trend xəbər verir ki, bubarədə COP29 Dünya Liderlərinin İqlim Fəaliyyəti Sammitiçərçivəsində keçirilən “Əməkdaşlığın gücü: xalis sıfır üçünbirləşdirici qüvvələr” adlı plenar sessiyada çıxışı zamanı “BostonKonsaltinq Qrup”un qlobal sədri və CEO iqlim liderləri alyansınınhəmsədri Riç Lesser deyib.

O qeyd edib ki, hər kəs bütün bu tədbirin təşkili keyfiyyətindənçox təsirləndi.

“Düşünürəm ki, bütün qlobal iqlim icması bunun üçün dərinminnətdarlıq hiss edir”,- deyə o bildirib.

İqlim maliyyəsindən bəhs edən R.Lesser qeyd edib ki, maliyyəgündəmini milyardlarlardan,trilyonlara qədərgenişləndirməliyik.

“Hökumətlərin təkbaşına öz ölkələrinə və ya bir-birlərinə busəviyyədə maliyyə təmin edə bilməsi mümkün deyil. Mənə görəCOP29-un başlanması, nəhayət, 6.4-cü maddənin müəyyənləşdirilməsiistiqamətində irəliləyiş iqlim maliyyəsinə təsir edə bilər”, -deyəo bildirib.

Qeyd edək ki, noyabrın 11-də BMT-nin İqlim Dəyişikliyi üzrəÇərçivə Konvensiyasının (COP29) Tərəflər Konfransının 29-cusessiyasının açılışı olub. Dünən isə Bakıda BMT-nin İqlimDəyişmələri üzrə Çərçivə Konvensiyasının Tərəflər Konfransının29-cu sessiyasının (COP29) Liderlər Sammitinin açılış mərasimikeçirilib.

Noyabrın 22-dək Bakı Stadionunda keçiriləcək COP29 Azərbaycanınbu günədək təşkil etdiyi ən nəhəng tədbirdir və regionda ilk dəfəAzərbaycanda baş tutur.

COP29 çərçivəsində ən yüksək səviyyəli tədbir – DünyaLiderlərinin İqlim Fəaliyyəti Sammiti noyabrın 12-13-də təşkilolunacaq.

COP29-dan əsas gözlənti iqlim maliyyəsi ilə bağlı ədalətli vəambisiyalı Yeni Kollektiv Kəmiyyət Hədəfinin (NCQG)razılaşdırılmasından ibarətdir.

COP29 Sədrliyi tərəfindən iqlim fəaliyyəti ilə dayanıqlı inkişafməqsədləri arasında əlaqəni ehtiva edən, yaşıl enerji dəhlizləri,yaşıl enerji saxlancları, iqlim dayanıqlılığı üçün harmoniya, təmizhidrogen, orqanik tullantılarda metanın azaldılması, yaşıl rəqəmsalfəaliyyət və digər mövzuları əhatə edən 14 təşəbbüs irəlisürülüb.

İqlim maliyyəsinin yaradılması fəaliyyət üçün şərait yaradanəsas prioritet olmaqla yanaşı, hamını bir araya gətirməklə 1,5°Cöhdəliyinin yerinə yetirilməsinə töhfə verəcək.

Məqalədə:
Избранный
45
4
az.trend.az

7Источники