19 yaşadək futbolçulardan ibarət Azərbaycan millisi Avropa çempionatının seçmə mərhələsində ilk matçına çıxıb.
Msport.az xəbər verir ki, yığma Moldovanın Kişinyovda təşkil olunan qarşılaşmada İslandiya ilə üz-üzə gəlib.
Görüş U-19-un məğlubiyyəti ilə yekunlaşıb.
Qeyd edək ki, komanda noyabrın 16-da İrlandiya, üç gün sonra isə meydan sahibləri ilə görüşəcək.