RU

COP29 həm Azərbaycan, həm də iştirak edən dövlətlər üçün önəmlidir  -AÇIQLAMA

"COP29 həm Azərbaycan, həm də iştirak edən dövlətlər üçün önəmlidir". 

Bu sözləri "Sherg.az"a açıqlamasında Milli Cəbhə Partiyasının sədr müavini, siyasi şərhçi Turaı İrfan deyib. 
Ekspert hesab edir ki, beynəlxalq münasibətlərin inkişafı, dünyanı narahat edən problemlərin həlli, əsasən də ilqim dəyişiklikləri ilə bağlı müzakirələrin əsas mövzusu olan bu tədbirdə iştirak etməyən ölkələrin bəziləri Azərbaycana qərəzdən, bəziləri isə üzrlü səbəbdən iştirak etmirlər:

 "İranın iştirak etməməsi öz rəsmilərinin açıqlamasına görə, İsrailin aktiv iştirak səbəbi ilə bağlıdır. Lakin bu bəhanədir. Ümumiyyətlə İran dünyada sülhlə, problemlərin həlli ilə bağlı, münaqişələrə son qoyulması kimi mövzulara ya qatılmır, ya da aranı qatır.
Əksər mövzularda dünyadan özünü və xalqını təcrid edən İran iqlim dəyişikliyinin qarşsının alınması mövzusunda maraqlı olsaydı iştirak edərdi. Eyni zamanda bir qonşu ölkə olaraq Azərbaycana münasibətdə yenə də qərəzini, qeyri-səmimiliyini ortaya qoymuş oldu. Ölkələrin bir-birinə yaxınlaşması, münasibətlərin inkişafı üçün bu tədbirdən önəmli fürsət ola bilməzdi. Şübhəsiz ki, itirənlər iştirak etməyənlər oldu. Çünki kifayət qədər ölkə bu tədbirdə iştirak edir, mövzu ətrafında vacib məsələlər müzakirə edilir. Eyni zamanda Azərbaycan ilə yenidən əyani yanlış olurlar, siyasi, iqtisadi, sosial münasibətlərə yeni qapılar açılır. Ölkələrimiz arasında xoşməramlı əlaqələrə yollar açılır".

T. İrfanın fikrincə  bəşəriyyətin ortaq problemi olan ilqim dəyişikliyi ilə mübarizə normal dövlətlər üçün prioritet təşkil etməlidir:
 "Lakin İran bu mövzu ətrafında töhfə verməkdən yan keçdi. Bəzi mənbələrin məlumatına görə İranın ali dini lideri prezidentin iştirakına razılıq verməyib. Ancaq İran elə bir ölkədir ki, qərarlar birmənalı və yekdil olmur. Tərəddüdlü və qeyri dəqiq açıqlamalar nəticədə beynəlxalq münasibətlərin pozulmasınə gətirir ki, bu da özlərinə zərər vurur. Hər bir halda İranın bu tədbirdə iştirak etməməsi Azərbaycana olan əsl mövqeyinin bariz göstəricisidir. Səmimi, şəffaf dostluq, qonşuluq etmək istəyən belə bir əlamətdar tədbirdə mütləq iştirak etməli idi".

Избранный
61
sherg.az

1Источники