İqlim dəyişikliyi ilə mübarizədə birgə işləmək lazımdır, çünki bu, regional və qlobal məsələdir. Biz hamımız - Azərbaycan, Nepal, digər ölkələr birgə əməkdaşlıq etməliyik.
Bu barədə AZƏRTAC-a açıqlaması zamanı Nepalın xarici işlər naziri Singha Durbar deyib.
“Biz hər zaman inkişaf etmiş ölkələrin öz öhdəliklərini yerinə yetirməli olduğunu vurğulayırıq. Ümid edirik ki, iqlim dəyişikliyinə qarşı mübarizənin maliyyələşdirilməsini həyata keçirməli olan ölkələr öz öhdəliklərini yerinə yetirəcəklər. Çünki bu, vacibdir. Biz ümid edirik ki, onlar daha çox hərəkət edəcək, iqlim tədbirləri, daha çox maliyyə və daha çox texnologiya transferi ilə razılaşacaqlar”, - deyə nepallı diplomat əlavə edib.