RU

Azərbaycan və Anqola arasında Anlaşma Memorandumu imzalanıb

Azərbaycan xarici işlər nazirinin müavini Fariz Rzayev Anqola Xarici Əlaqələr Nazirliyinin Dövlət Katibi Esmeralda Mendonza ilə görüşüb. 

Bu barədə News365.az-a Azərbaycan Xarici İşlər Nazirliyindən bildirilib. 

Qeyd olunub ki, görüşdə iki ölkə arasında siyasi, iqtisadi və humanitar sahələrdə əməkdaşlığın genişləndirilməsi imkanları müzakirə edilib. 

Azərbaycan və Anqola arasında siyasi məsləhətləşmələr üzrə mexanizmin yaradılmasının ikitərəfli və çoxtərəfli platformalarda əməkdaşlığın əlaqələndirilməsinə və inkişafına xidmət edəcəyi vurğulanıb.  Görüşün sonunda Azərbaycan Xarici İşlər Nazirliyi ilə Anqola Xarici Əlaqələr Nazirliyi arasında siyasi məsləhətləşmələr mexanizminin yaradılması haqqında Anlaşma Memorandumu imzalanıb.

Избранный
39
14
news365.az

10Источники