RU

Yekdil qərarla Azərbaycan 2024-2026-cı illər üçün ATACH-ın həmtəsisçisi seçilib

1 iyul 2024-cü ildən etibarən Oxu.az mobil tətbiqinin köhnə versiyasına dəstək dayandırılacaq - yenilənmiş versiyanı endirmək üçün Google Play və ya AppStore-a keçməyiniz xahiş olunur.



COP29 çərçivəsində iqlim dəyişikliyinin sağlamlığa təsirinə dair panel müzakirələr keçirilib.
Oxu.Az xəbər verir ki, bu barədə Səhiyyə Nazirliyindən məlumat verilib.
Bildirilib ki, tədbirdə çıxış edən Azərbaycanın ekologiya və təbii sərvətlər naziri, COP29-un prezidenti Muxtar Babayev Tərəflər Konfransının iqlim həmrəyliyinin yaranmasına öz töhfəsini verəcəyini vurğulayıb. M.Babayev, həmçinin COP29-un bütün iştirakçı ölkələrini iqlim dəyişikliyinin mənfi hallarının aradan qaldırılmasına yönəlmiş səylərini daha da gücləndirməyə çağırıb.
Öz növbəsində, Ümumdünya Səhiyyə Təşkilatının baş direktoru doktor Tedros Adhanom Qebreyesus BMT-nin İqlim Dəyişmələri üzrə Çərçivə Konvensiyasının Tərəflər Konfransının 29-cu sessiyasının qlobal ictimaiyyət üçün bir araya gələrək, praktiki həlləri müəyyən etmək üçün mühüm fürsət olduğunu vurğulayıb.
Panel sessiyada çıxış edən Azərbaycanın səhiyyə naziri Teymur Musayev vurğulayıb ki, iqlim dəyişikliyinin vətəndaşların sağlamlığına və ölkələrin iqtisadiyyatına təsiri çoxşaxəlidir və getdikcə daha çox narahatlıq doğurur.
Nazirin sözlərinə görə, son onilliklər ərzində daşqın və quraqlıqlar kimi ekstremal hava hadisələrinin tezliyi artıb: "İstilik ilə bağlı ölümlərin təxminən üçdə biri artıq iqlim dəyişikliyi ilə bağlıdır. Eyni zamanda, iqlim dəyişikliyi nəticəsində baş verən ekstremal hava fəlakətlərinin sayı son 50 ildə beş dəfə artıb".
Ekstremal hava hadisələrin yoluxucu xəstəliklərin yayılması üçün ideal şəraitin yaratdığını qeyd edən nazir deyib: "İqlim dəyişikliyi risk və mümkün təsirlərini minimuma endirən milli siyasətin qəbulu sağlamlığa təsirləri və onların iqtisadi nəticələrini məhdudlaşdırmağa kömək edə bilər".
"Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin işğaldan azad edilmiş Qarabağ və Şərqi Zəngəzurla bağlı müəyyən etdiyi iqtisadi inkişaf kursunda bu ərazilərin yaşıl enerji zonasına çevrilməsi əsas istiqamətlərdən biri hesab olunur. Məqsəd həmin ərazilərdə yüksək potensiala malik bərpaolunan enerjidən istifadə etməklə o yerləri ekoloji cəhətdən təmiz yaşıl enerji ilə təmin etmək və yaşıl texnologiyaların tətbiqi perspektivlərini araşdıraraq təkliflər formalaşdırmaqdır", - deyə Azərbaycanın səhiyyə naziri fikrini tamamlayıb.
Daha sonra İqlim və Sağlamlığın qorunması naminə Transformasiya Alyansının (ATACH) yeni həmtəsisçisi seçilib.
Yekdil qərarla Azərbaycan 2024-2026-cı illər üçün ATACH-ın həmtəsisçisi elan olunub.
Tədbirdə çıxış edən Ümumdünya Səhiyyə Təşkilatının Baş direktoru doktor Tedros Adhanom Qebreyesus və Azərbaycanın səhiyyə naziri Teymur Musayev qeyd ediblər ki, Azərbaycan Respublikası COP29-un sədri kimi ATACH-ə qoşulur və 2024-2026-cı illərdə Alyansın həmtəşkilatçısı kimi çıxış edəcək.
COP26 səhiyyə gündəliyi, COP27, COP28, COP29 və 77-ci Ümumdünya Səhiyyə Assambleyası tərəfindən qlobal iqlim və sağlamlıq təşəbbüslərinə əsaslanaraq, ATACH iqlim dəyişikliyi və sağlamlıqla bağlı tədbirləri gücləndirmək üçün mühüm qlobal əməkdaşlıq mexanizmi təqdim edir. Eyni zamanda, Alyans iqlim dəyişikliklərinə davamlı və aşağıkarbonlu səhiyyə sistemlərinin qurulması yönəlib.
ATACH-ə qoşulmaqla Azərbaycan Respublikası dəyişən iqlim şəraitində ictimai sağlamlığın qorunması və təşviqi üçün mühüm əhəmiyyət kəsb edəcək iqlim dəyişikliklərinə davamlı səhiyyə sistemi istiqamətində addımların atılması öhdəliyini öz üzərinə götürüb.
Həmtəşkilatçılar kimi Ümumdünya Səhiyyə Təşkilatı və Azərbaycan Respublikası ATACH vasitəsilə iqlim və sağlamlıqla bağlı fəaliyyət üçün qlobal təkan yaratmaq məqsədilə keçmiş və gələcək COP prezidentləri, eləcə də bütün ATACH üzvləri ilə birgə işləməyə sadiqdirlər.
Избранный
57
50
oxu.az

10Источники