RU

Qreta Tunberq ehtiyacların və imkanların real balansını düzgün qiymətləndirmir - Boris Titov

Bakı. Trend:

Tbilisinin mərkəzində COP29-a qarşı etiraz aksiyası keçirənisveçli ətraf mühit fəalı Qreta Tunberq ehtiyaclar və imkanlararasındakı real tarazlığı düzgün qiymətləndirmir.

Trend xəbərverir ki, bu barədə Bakıda keçirilən konfransda RusiyaPrezidentinin Dayanıqlı İnkişaf Məqsədlərinə nail olmaq üçünbeynəlxalq təşkilatlarla əlaqələr üzrə xüsusi nümayəndəsi BorisTitov bildirib.

"2024-cü ildə BMT-nin İqlim Dəyişikliyi Konfransına (COP29) evsahibi kimi Azərbaycanın seçilməsi tamamilə haqlıdır, çünki iqlimməsələləri neft hasil edən ölkələrdə müzakirə edilməlidir. Qretaiqtisadiyyatdan uzaqdır, ona görə də o, ehtiyaclar və imkanlararasındakı real tarazlığı düzgün qiymətləndirmir", - obildirib.

O, fosil ehtiyatların uzun müddət qlobal rol oynayacağını vəindi nəyin bahasına olursa olsun onlardan imtina edilməli olduğunuiddia etmək, yumşaq desək, səmərəsiz olduğunu söyləyib.

"Rusiyada biz ümumiyyətlə yaşıl gündəm anlayışını dar iqtisadidüsturla “karbon yanacağından təcili imtina və kifayət qədər tezimtina etməyənlər üçün cərimələr” formasına endirməkdən çox məmnundeyilik. Və məhz bu tendensiya Qərb ölkələrinin səyləri sayəsindəParis sazişindən sonra inkişaf etmişdir", - o bildirib.

O qeyd eidb ki, Rusiya qaz, nüvə və su istehsalını birləşdirəndünyanın ən yaşıl enerji sektorlarından birinə malikdir.

"Buna görə də ənənəvi texnologiyalardan dərhal və genişmiqyaslıimtina bizim üçün təkcə iqtisadi cəhətdən mümkün deyil - bu,əslində özünü doğrultmur. Biz artıq istiləşməyə qarşı qlobalmübarizəyə öz töhfəmizi vermişik və bundan sonra da verəcəyik", - oəlavə edib.

Избранный
92
az.trend.az

1Источники