RU

397 minlik dələduzluq edən şəxsdən xəbər var

Bakıda dələduzluqda təqsirləndirilən Əlövsət Nəsirovun barəsindəki hökmdən yenidən apellyasiya şikayəti verilib.

 
Pravda.az-ın əldə etdiyi məlumata görə, Bakı Apellyasiya Məhkəməsində keçiriləcək ilkin hazırlıq iclası noyabrın 14-nə təyin edilib.

 
Şikayət hakim Faiq Qəniyevin sədrliyi ilə araşdırılacaq.

 

İttihama görə, Ə.Nəsirov bir neçə şəxsə qarşı 396 630 min manatlıq dələduzluq edib.  Bakı Ağır Cinayətlər Məhkəməsinin hökmü ilə ona şərti cəza verilib. Hökmdən narazı qalan dövlət ittihamçısı apellyasiya protesti verib. Bakı Apellyasiya Məhkəməsi təmin etməyib. Ali Məhkəmə də qərarı dəyişdirmədən qüvvədə saxlayıb. 

 

Kamal Məmmədov

Tarix: 14 Noyabr 2024, 08:56   
Избранный
41
pravda.az

1Источники