RU

COP29 çərçivəsində inkişaf etmiş ölkələrə iqlim maliyyəsini artırmaq çağırışı ilə aksiya keçirilib

Bakıda keçirilən BMT-nin İqlim Dəyişmələri üzrə Çərçivə Konvensiyasının Tərəflər Konfransının 29-cu sessiyasının (COP29) dördüncü günündə konfrans iştirakçıları "Pay up" ("Ödəmə vaxtıdır") şüarı altında aksiya keçiriblər. Bu, iqlim dəyişikliyinin nəticələri ilə mübarizə və həssas ölkələrə dəstək üçün inkişaf etmiş ölkələrə iqlim maliyyəsini artırmaqla bağlı çağırışdır.

Fəallar resursların ədalətli yenidən bölüşdürülməsinin və istixana qazı emissiyaları yüksək olan ölkələrin öhdəliklərinin yerinə yetirilməsinin vacibliyinə diqqət çəkiblər.

Poliqon “Report”-a istinadən iştirakçıların iqlim ədaləti və həmrəyliyin əhəmiyyəti haqqında şüarlar yazılmış pankartlar tutduğu aksiyadan görüntüləri təqdim edir.

Poliqon.info

Избранный
79
50
poliqon.info

10Источники