RU

TDT-yə üzv dövlətlərin ərtaf mühit və ekologiya nazirlərinin ilk görüşü keçirilir

Bakı. Trend:

COP29 çərçivəsində Türk Dövlətləri Təşkilatına (TDT) üzvdövlətlərin ərtaf mühit və ekologiya nazirlərinin ilk görüşükeçirilir.

Trend xəbər verir ki, görüşdəAzərbaycan, Özbəkistan, Qazaxıstan, Qırğızıstan və Türkiyəninekologiya və təbii sərvətlər nazirləri, həmçinin, TDT-nin BaşKatibi iştirak edir.

Görüşdə, həmçinin, “Nazirlər Bəyannaməsi” imzalanıb.

Bəyənnamə özündə TDT nazirlər səviyyəsində ətraf mühit vədayanıqlı inkişaf sahəsində birgə mövqe, ortaq fəaliyyət planınıəhatə edir.

Qeyd edək ki, noyabrın 11-də BMT-nin İqlim Dəyişikliyi üzrəÇərçivə Konvensiyasının (COP29) Tərəflər Konfransının 29-cusessiyasının açılışı olub.

COP29 çərçivəsində ən yüksək səviyyəli tədbir – DünyaLiderlərinin İqlim Fəaliyyəti Sammiti noyabrın 12-13-də təşkilolunub.

Noyabrın 22-dək Bakı Stadionunda keçiriləcək COP29 Azərbaycanınbu günədək təşkil etdiyi ən nəhəng tədbirdir və regionda ilk dəfəAzərbaycanda baş tutur.

COP29-dan əsas gözlənti iqlim maliyyəsi ilə bağlı ədalətli vəambisiyalı Yeni Kollektiv Kəmiyyət Hədəfinin (NCQG)razılaşdırılmasından ibarətdir.

COP29 Sədrliyi tərəfindən iqlim fəaliyyəti ilə dayanıqlı inkişafməqsədləri arasında əlaqəni ehtiva edən, yaşıl enerji dəhlizləri,yaşıl enerji saxlancları, iqlim dayanıqlılığı üçün harmoniya, təmizhidrogen, orqanik tullantılarda metanın azaldılması, yaşıl rəqəmsalfəaliyyət və digər mövzuları əhatə edən 14 təşəbbüs irəlisürülüb.

İqlim maliyyəsinin yaradılması fəaliyyət üçün şərait yaradanəsas prioritet olmaqla yanaşı, hamını bir araya gətirməklə 1,5°Cöhdəliyinin yerinə yetirilməsinə töhfə verəcək.

Xəbər yenilənəcək

Избранный
43
12
az.trend.az

10Источники