"Fənərbaxça"nın müdafiəçisi Serdar Aziz qışda komandadan ayrılacaq.
Apasport.az xəbər verir ki, bu barədə "Sabah" nəşri məlumat yayıb.
Joze Mourinyonun şans vermədiyi 34 yaşlı futbolçu klubunu dəyişəcək. O, "Kasımpaşa" ilə anlaşıb.
Təcrübəli oyunçu transfer pəncərəsi açılanda yeni klubu ilə müqavilə imzalayacaq.
Qeyd edək ki, Serdar Aziz "Fənərbaxça"ya 2019-cu ilin yanvar ayında "Qalatasaray"dan keçib. Türkiyə millisinin sabiq üzvü Super Liqa təmsilçisinin heyətində meydana çıxdığı 135 rəsmi matçda 11 qol və 6 məhsuldar ötürmə ilə yadda qalıb.
“Kasımpaşa”nın baş məşqçisi bəlli oldu - RƏSMİ
“Fənərbaxça”dan Tadiç qərarı
La Liqa klubundan təqdirəlayiq addım
“Barselona”nın gənc ulduzu zədələndi
“Mançester Yunayted” hücumçusundan narazıdır