RU

COP29 Azərbaycanın nailiyyətlərini dünyaya daha yaxından tanıdan platformadır

Bakı. Trend:

Bu günlərdə beynəlxalq ictimaiyyətin diqqəti yenidənAzərbaycana yönəlib. Noyabrın 11-dən Bakıda öz işinə başlayan vədünyanın ən mötəbər beynəlxalq tədbirlərdən olan BMT-nin İqlimDəyişikliyi üzrə Çərçivə Konvensiyasının Tərəflər Konfransının29-cu sessiyası (COP29) uğurla davam edir.

Respublikamız üçün yeni dividendlər

Tərəflər Konfransının Bakı sessiyasının qlobal miqyasda iqlimdəyişmələri ilə mübarizənin daha da gücləndirilməsinə, qlobalməkanda «yaşıl enerji»yə keçidin sürətləndirilməsinə xüsusitöhfələr verəcəyi şübhəsizdir. COP29-un ilk iş günündə tərəflərinkarbon kreditlərinin yaradılması üzrə standartlar barədə razılığagəlmələri bunu təsdiq edir. Bundan başqa beynəlxalq maliyyəkorporasiyaları və banklar iqlim dəyişiklərinin fəsadlarına qarşımübarizəyə öz maliyyə töhfələrini artıracaqları ilə bağlıaçıqlamalar verirlər. Məsələn, Dünya Bankı bu istiqamətdə maliyyətöhfəsini 170 milyard ABŞ dollarına çatdıracağını bildirib.

Eyni zamanda COP29 iştirakçı ölkələr arasında razılaşmalarınəldə edilməsi, invesitiyaların cəlbi baxımından mühüm fürsətdir. Busırada Azərbaycanın, Qazaxıstanın və Özbəkistanın dövlət başçılarıarasında “Azərbaycan Respublikası, Qazaxıstan Respublikası vəÖzbəkistan Respublikası hökumətləri arasında yaşıl enerjinininkişafı və ötürülməsi sahəsində strateji tərəfdaşlıq haqqındaSaziş”in imzalanması, Cəbrayıl rayonunda 240 MVt gücündə “Şəfəq”Günəş Elektrik Stansiyasının təməlqoyma mərasiminin keçirilməsiölkəmizin COP29 çərçivəsində nail olduğu mühüm uğurlardır.

Azərbaycan üçün COP29 bu cür uğurlarla yanaşı, həm də yenisiyasi dividendlər deməkdir. Belə ki, bu tədbir Azərbaycanınqazandığı nailiyyətlərin, torpaqlarımızın işğaldan azadedilməsinin, Ermənistanın ölkəmizə qarşı həyata keçirmiş olduğuişğalçılıq siyasətinin beynəlxalq ictimaiyyətə bir dahaçatdırılması müstəvisində böyük imkandır. Bu mənada cənab Prezidentİlham Əliyevin 80 prezident, vitse-prezident və baş naziriniştirakı ilə keçirilən COP29-un Liderlər Sammitinin açılışmərasimindəki çıxışı Azərbaycanın həqiqətlərinin, dövlətimizinuğurlarının dünyaya çatdırılması baxımından mühüm və həm də tarixiəhəmiyyət kəsb etdi.

Azərbaycan iqlim dəyişmələri ilə qlobal mübarizəyə böyüktöhfələr verəcək

Qeyd edək ki, ötən il COP29-un Azərbaycanda keçirilməsi barədəqərar respublikamıza olan böyük qlobal etimad və ehtiramın növbətigöstəricisi oldu. Çıxışında bu barədə söz açan Prezident İlhamƏliyev COP29-un Azərbaycanda keçirilməsi barədə qərarı həm dəölkəmizin beynəlxalq arenada oynadığı fəal rolun dəyərləndirilməsikimi xarakterizə etdi: «Ötən ilin dekabrında təxminən 200ölkənin yekdil qərarı ilə Azərbaycana COP29-a ev sahibliyi etməkşərəfi verildi. Biz bu qərarı ölkəmizə olan hörmətin əlaməti,beynəlxalq arenada oynadığımız fəal rolun dəyərləndirilməsi kimigörürük».

Prezident İlham Əliyev çıxışında Azərbaycanın BMT-dən sonraikinci beynəlxalq qurum olan Qoşulmama Hərəkatına uğurla sədrliketməsi, iki ildən bir Bakıda Mədəniyyətlərarası Forumun keçirilməsikimi məsələlərə toxundu, həmçinin respublikamızın təxminən 60ölkəni birləşdirən İslam Əməkdaşlıq Təşkilatının fəal üzvüolduğunu, Avropa İttifaqının 10 dövləti ilə strateji tərəfdaşlığadair sazişlər bağladığını, mədəniyyətlərarası dialoqda fəal roloynadığını diqqətə çatdırdı. Bütün bunlar Azərbaycanın qlobalaktuallıq kəsb edən məsələlərin müzakirəsində fəal iştirak edəndövlət olduğunu təsdiq edən faktorlardır. Prezident İlham Əliyevinqeyd etdiyi kimi bütün bunlar düşünməyə imkan verir ki, biz iqlimdəyişmələri məsələsində fərqli mühüm iştirakçılar arasındakörpülərin salınmasında çox faydalı və yardımçı ola bilərik.

Azərbaycanın iqlim dəyişmələri ilə mübarizədə nümunəvi fəaliyyətortaya qoyacağı isə dəqiqdir. Çünki respublikamızda indiyədəkgörülmüş və görülməkdə olan işlərin fonunda bu fəaliyyətinkonturları aydın görünməkdədir. Birləşmiş Əmək ƏmirliklərininMasdar şirkəti tərəfindən inşa olunan 230 meqavatlıq Qaradağ GünəşElektrik Stansiyasının ötən il istifadəyə verilməsi, SəudiyyəƏrəbistanının “Acwa Power” şirkəti tərəfindən Xızıda 240 meqavatgücündə Külək Elektrik Stansiyasının tikintisinin hazırda davametdirilməsi, əvvəldə qeyd etdiyim kimi COP29 çərçivəsindəCəbrayılda 240 meqavatlıq günəş enerjisi stansiyasının təməlininqoyulması göstərir ki, Azərbaycan «yaşıl enerji»yə sürətli keçidetməklə, həm də iqlim dəyişmələri ilə mübarizədə nümunələryaradır.

Ölkəmiz Avropaya «yaşıl enerji» də ixracedəcək

Respublikamızda bu sahədə görülən işlər Avropa İttifaqıtərəfindən də yüksək qiymətləndirilir. 2022-ci il dekabrın 17-dəBuxarestdə “Azərbaycan Respublikası, Gürcüstan, Rumıniya vəMacarıstan Hökumətləri arasında yaşıl enerjinin inkişafı vəötürülməsi sahəsində strateji tərəfdaşlıq haqqında Saziş”inimzalanması ondan xəbər verir ki, Avropa İttifaqı ənənəvi enerjidəolduğu kimi «yaşıl enerji»də də Azərbaycanla əməkdaşlığa güvənir.Hazırda bu sazişdən irəli gələrək Qara dənizin dibi ilə enerjikabelinin çəkilməsini nəzərdə tutan layihənin həyata keçirilməsiüzərində iş davam edir. Bu layihənin başa çatdırılması iləAzərbaycan Avropaya neft və qazla yanaşı, həm də «yaşıl enerji»ixrac edəcək.

Prezident İlham Əliyevin COP29-un Liderlər Sammitinin açılışmərasimindəki çıxışında 4 il öncə torpaqlarımızın işğaldan azadedildiyini, BMT-nin Təhlükəsizlik Şurasının 30 il kağız üzərindəqalmış qətnamələrinə uyğun olaraq, suverenliyimizin tam bərpaolunduğunu, Ermənistanın işğalına son qoyulduğunu dövlət və hökumətbaşçılarının, dünyanın 172 ölkəsindən gəlmiş nümayəndə heyətlərinindiqqətinə çatdırdı.

Beləliklə, bu mötəbər tribunadan həm də Azərbaycanın Zəfəri,torpaqlarımızın işğaldan azad edildiyi dünyaya bəyan olundu.

Xanlar Fətiyev,

Milli Məclisin deputatı

Məqalədə:
Избранный
47
1
az.trend.az

1Источники