RU

Bu ölkə də BRİKS-in tərəfdaş ölkəsi oldu

Boliviya BRİKS-in tərəfdaş ölkəsi olmağa razılaşıb. 

News365.az xəbər verir ki, bunu Boliviyanın xarici işlər naziri Selinda Sosa Bakıda keçirilən BMT-nin İqlim Dəyişikliyi üzrə Çərçivə Konvensiyasının (COP-29) 29-cu Tərəflər Konfransı çərçivəsində deyib.  

 Diplomatın sözlərinə görə, BRİKS ölkə üçün çoxtərəfli əməkdaşlıq mexanizmlərini, o cümlədən qlobal Cənub ölkələri ilə əməkdaşlıq mexanizmlərini gücləndirmək üçün uyğun alternativdir. 

“Rusiya XİN rəhbərindən dəvət aldıq. Bizi BRİKS-in tərəfdaş dövləti kimi dəvət etmişdilər. Biz bu dəvətə müsbət cavab verdik”, - deyə Sosa bildirib.

Избранный
56
2
news365.az

3Источники