RU

Azərbaycanın iki rəqəmsal sosial layihəsi Avstraliyada mükafatlara layiq görülüb

Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyindəki DOST Rəqəmsal İnnovasiyalar Mərkəzi (DOST RİM) tərəfindən Beynəlxalq SOS Fondunun "Duty of Care 2024" müsabiqəsinə təqdim olunan "Proaktiv təyinat mexanizmi" və "Əmək və Məşğulluq" altsistemi layihələri münsifər heyəti tərəfindən yüksək qiymət alıb.

Hər iki layihə müsabiqənin  "İnnovasiya" kateqoriyası üzrə qalib seçilərək mükafatlara layiq görülüb.

https://www.internationalsosfoundation.org/newsroom/press-releases/duty-of-care-awards-winners-announced

Mükafatlar Avstraliya İttifaqının Sidney şəhərində keçirilmiş "Qayğı Vəzifəsi Sammiti"ndə Azərbaycan   Respublikasının Avstraliya   İttifaqı, Fici   Respublikası  və  Yeni   Zelandiyadakı müvəqqəti işlər vəkili Vaqif Cəfərova təqdim olunub.

"Yenidən təsəvvür edilən gələcək üçün aparıcı dəyişiklik" mövzusunda təşkil edilmiş müsabiqəyə Avstraliya,  Yeni   Zelandiya,   ABŞ,   Almaniya,   Polşa,   Çin,   Koreya,   Malayziya, Sinqapur və s. daxil olmaqla 29 ölkədən layihələr təqdim edilib.

Beləliklə, ilk dəfə olaraq Azərbaycanın rəqəmsal sosial layihələri Avstraliya qitəsində mükafata layiq görülüb.

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31
Избранный
93
3
olaylar.az

4Источники