RU

Türkiyədə içində gümüş sikkələr olan qədim küp tapılıb

Türkiyənin Tarsus şəhərində qəbirqazanlar içərisində gümüş sikkələr olan qədim küp aşkar ediblər. Bu barədə noyabrın 14-də Britaniyanın “Daily Express”i məlumat yayıb. Xəbəri “İzvestiya.ru” verib. 

Qeyri-adi tapıntı dəfn yeri qazılarkən aşkar edilib. Tapılanlar barədə dərhal polisə və yerli muzeyin tarixçilərinə məlumat verilib. Mütəxəssislər qabların içərisində 1,1 minə yaxın sikkə aşkar ediblər. Muzey sikkələrin və küpün hansı əsrdə buraxıldığını müəyyən etmək üçün xəzinəni diqqətlə öyrənəcəklərini bildirib.

Bundan əvvəl, sentyabrın ortalarında Misirdə Əl-Buheyra əyalətində qazıntılar zamanı arxeoloqlar firon II Ramzesin qılıncını aşkar etmişdilər. Bildirilib ki, Qədim Əsərlər üzrə Ali Şuranın rəhbəri doktor Əhməd Səid Əl-Haradlının rəhbərlik etdiyi arxeoloji missiya bir sıra kərpiç memarlıq strukturları, o cümlədən əsgərlər üçün hərbi kazarmalar və Yeni Krallıq dövrünə aid silah, ərzaq və anbarlar aşkar edib.

P.ƏMİRCANOV
XQ

 

Избранный
14
xalqqazeti.az

1Источники