RU

DİKTATORLAR VƏ NÜVƏ SİLAHI... - Barı, yırtıcı heyvanlardan ibrət götürünl!

Şəmsəddin Mənsuroğlu

“Dövlətin nüvəsi varsa güclüdür, söz sahibdir”

“Dünyanı Allahın yaratdığı uşaqların yaşayacağı 

yerə çevirə bilməsək, qaranlığa qərq olarıq. 

Biz ya bir-birimizi sevməli, ya da ölməliyik.”

ABŞ-nin 36-cı Prezidenti Lindon Conson

Yer kürəsinin zəngin və bərəkətli üzündə hamıya yer var. Hamı orada dolana və yaşaya bilər. Dünyaya açılan bu yol aşırımlı və ziqzaqlı olsa da, hər birimizə bəs edir. Amma bu geniş dünyada həddi aşıb yolunu azmışlar da, az deyil . Paxıllıq, qisas hissi və xəbisliklə qəlbləri zəhərləyib bəşəriyyətin əmin-amanlığına qənim kəsilən liderlərin olması acı təəssüf doğurur. Nahaq qanlar tökülür. Güc tapıb bu çətinliklərdən çıxmaq istəsək də, alınmır. İnsan oğlu bəzən Allahın yaratdığı möcüzələrə heyrət edib, çox düşünüb daşınsa da, Onun hikmət və qüdrət nişanələrini anlamır, dərk etmir. İnsanlığın bəlkə də, ağıldan çox insanpərvərliyə, xeyirxahlığa ehtiyacı var. İnsanlığa xas dəyərlər itdikcə yer üzündə zorakılıqlar tüğyan edir, qaçqınlıq və köçkünlük, miqrant həyatı adi hala çevrilir...

Təyyarənin ixtirası, radionun və telefonun kəşfi insanları bir az da bir-birinə yaxınlaşdırdı. Bu kəşflər də təbiətcə bizdən xeyirxahlıq tələb edir, ümumi maraqlar və ictimai həmrəylik naminə vahidliyimizi zəruri edir. Kim bu dəyərlərə riayət edə bilirsə, onun səsi günahsız qətlə yetirilənlərə, rezin qayıqla Aralıq dənizində batanlara, haqsız məhbus həyatı yaşayanlara və işkəncələrə məruz qalanlara gedib çatacaq. Haqlı insanları, haqq deyib haray qoparan xalqları dinləmək, onların dərdlərinə şərik olmaq imandandır. Müasir anlamda ifadə etsəm, inkişaf etmiş ölkələr inkişaf etməkdə olan ölkələrə dəstək olmalıdırlar! Yoxsa, gedəcəyimi istiqamət bilinməz!

Vikipediyada dünyanı idarə etmiş diktatorlar barədə ətraflı məlumatlar yer alıb. Onların hamısı artıq bu fani dünyanı tərk edib, ölüb gediblər . Xalqdan qamarladıqları hakimiyyət isə yenə xalqa -sahibinə qayıdıb. Qəddar, amansız və kobud insanların liderlik etdikləri dövlətlərdə qərar tutmaq, haqsızlıqlara və ədalətsizliklərə tab gətirmək də çox çətindir. Belə neokolonial siyasi təfəkkürə və qeyri-ciddi diplomatiyaya xas dövlətlərin əsarəti altında olan xalqların hüquq və azadlıqları tez-tez pozulur, qaba rəftarla müşayiət olunan davranışlar müstəqillk məvhumunu ayaq altına atır, kiçik dövlətlərin vətəndaşlarına “heyvan” kimi baxılır, əsarət altında olan ölkələri diktatorlara xas, sərt metodlarla idarə etməyə üstünlük verilir. Belə qəlbsiz və mərhəmətsiz liderlərdən, maşın düşüncəsinə malik robot idarəçilik ”ustalarından” uzaq durmaq gərəkdir.

Избранный
46
azpolitika.info

1Источники