"Qalatasaray"ın futbolçusu Kerem Demirbay komandadan ayrılmaq istəyir.
"Operativ Məlumat Mərkəzi-OMM" xarici KİV-ə istinadən xəbər verir ki, sarı-qırmızılılarda bu mövsüm geri planda qalan 31 yaşlı futbolçu oynaya bilmədiyi üçün narazıdır.
Təcrübəli futbolçu daha çox oyun vaxtı əldə edə biləcəyi və oynaya biləcəyi bir yerə getmək istəyir. Kerem Demirbay mövsümün yarısında komandadan ayrılmaq istədiyini baş məşqçi Okan Buruka bildirib.
"Qalatasaray" forması altında 57 oyunda meydanda olan yarımmüdafiəçi 7 qol vurub və 9 asist edib.