RU

BMT nümayəndəsindən Trampın kabineti ilə bağlı AÇIQLAMA

ABŞ-nin BMT-dəki  keçmiş daimi nümayəndəsi Nikki Heyli ölkənin yeni seçilmiş prezidenti Donald Trampın onu kabinetə daxil etməyəcəyi ilə bağlı açıqlamasına reaksiya verib. 

News365.az xarici mediaya istinadla xəbər verir ki, Heyli "Sirius XM" radio kanalına verdiyi açıqlamada Trampın kabinetində yer almaqla bağlı fikrinin olmadığını bildirib:   

"Mənim onun kabinetində olmaq fikrim yox idi. O, bunu bilirdi". 

Trampın onu ictimaiyyət qarşısında alçaltmaq üçün əlindən gələni etdiyini ifadə edən Heyli əlavə edib:   "Oynadığı oyunu bilirəm. Bu oyunu oynamağa ehtiyacım yoxdur".

Избранный
54
news365.az

1Источники