RU

Peskov: "Ukrayna mövzusuna Putin nəzarət edir, xüsusi nümayəndə yoxdur"

Rusiya prezidentinin mətbuat katibi Dmitri Peskov bildirib ki, Prezident Administrasiyasının Ukrayna üzrə xüsusi nümayəndəsi yoxdur. 

HİT.az xəbər verir ki, onun sözlərinə görə, Vladimir Putin məsələ ilə şəxsən məşğuldur.

“Putin bu sahəyə, təbii ki, şəxsən nəzarət edir. Xüsusi hərbi əməliyyat gedir, o, ali baş komandandır”, deyə Peskov mətbuata bildirib. 

O, Kremlin ABŞ kimi Ukrayna üzrə xüsusi elçi postunu təqdim etmək planlarının olub-olmaması sualına belə cavab verib.

2018-ci ilin oktyabr ayına qədər Dmitri Livanov prezidentin Ukrayna ilə ticarət üzrə xüsusi nümayəndəsi olub. Onun istefasından sonra bu vəzifəyə heç kim təyin olunmayıb. İyunun 12-də Vladimir Putin Rusiya prezidentinin Ukrayna üzrə xüsusi nümayəndəsi vəzifəsini administrasiyasının heyətindən çıxarıb.

“Fox News”un məlumatına görə, yeni seçilmiş ABŞ prezidenti Donald Tramp Rusiya və Ukrayna arasında sülh danışıqlarının aparılması üçün xüsusi nümayəndə təyin etmək niyyətindədir. Mənbələrdən biri bunun “ciddi səlahiyyətlərə” malik yüksək rütbəli məmur olacağını bildirib. Donald Trampın ilk dövründə Kurt Volker Ukrayna üzrə xüsusi elçi olub.

Samir
 

Избранный
57
50
hit.az

10Источники