RU

İran XİN başçısı: "...maraqlarımıza uyğun nüvə danışıqlarına hazırıq"

"İran nüvə proqramı ilə bağlı mübahisələri əməkdaşlıq və dialoq yolu ilə həll edilə biləcəyinı hazırdır".

Mia.az xarici mətbuata istinadla xəbər verir ki, bu sözləri İranın xarici işlər naziri Abbas Erakçi Tehranda Beynəlxalq Atom Enerjisi üzrə Təşkilatın (MAQATE) prezidenti Rafael Mariano Qrossi ilə görüşdə deyib.

İranın Nüvə Silahlarının Yayılmaması Müqaviləsi (NPT) üzvü olaraq MAQATE ilə əməkdaşlığı davam etdirdiklərini qeyd edən nazirin sözlərinə görə, mübahisələri yalnız dialoq yolu ilə həll edə bilərlər: "Biz güclü bir iradə ilə bu yola davam etməyə razılaşdıq. Yada salım ki, İran sülhməramlı nüvə proqramı ilə bağlı heç vaxt danışıqlar masasını tərk etməyib. İndi növbə Avropa İttifaqı və bizmlə danışqılarda tərəf olan İngiltərə, Fransa və Almaniyadadır. Biz təzyiq altında deyil, milli maraqlarımız və qanuni hüquqlarımız əsasında danışıqlara hazırıq".

Tahir Şəlvəli

MİA.AZ

Избранный
71
20
mia.az

10Источники