Azərbaycan XİN sözcüsü Ayxan Hacızadə Ermənistanın Baş naziri Nikol Paşinyana cavab verib.
"Operativ Media" xəbər verir ki, bu barədə XİN sözcüsünün "X" hesabında paylaşım edilib:
O, bildirib ki, Ermənistanın Baş nazirinin Azərbaycanın Konstitusiyasının ərazi iddiaları ilə bağlı ittihamları heç bir əsaslandırmaya malik deyil və beynəlxalq ictimaiyyəti yanıltmağa yönəlib:
"Bu ittiham, faydasız bir tarazlaşdırma cəhdi və Azərbaycan ərazi bütövlüyünə olan iddiaları gözardı etmək və ya əhəmiyyətsizləşdirmək cəhdidir".