RU

INTOSAI və Hesablama Palatasının təşkilatçılığı ilə ali audit orqanlarının iqlim fəaliyyətindəki roluna dair tədbir keçirilib

Bu gün BMT-nin İqlim Dəyişikliyi üzrə Çərçivə Konvensiyasının Tərəflər Konfransının 29-cu sessiyası (COP29) çərçivəsində Azərbaycan Respublikası Hesablama Palatası və Ali Audit Orqanlarının Beynəlxalq Təşkilatı (INTOSAI) tərəfindən “Hökumətlər iqlim sahəsində fəaliyyətlərində hansı mərhələdədirlər? – İqlim Skaneri qiymətləndirməsinin nəticələri” adlı tədbir keçirilib.

Fins.az xəbər verir ki, tədbirdə Braziliya, Finlandiya, Kanada kimi ölkələrin Ali Audit Orqanlarının (AAO) nümayəndələri, Avropa Auditorlar Məhkəməsinin nümayəndələri, BMT-nin İnkişaf Proqramı, BMT-nin Əhali Fondu, Dünya Bankı, Asiya İnkişaf Bankı və digər beynəlxalq təşkilatların təmsilçiləri, eləcə də dövlət orqanlarının rəhbərləri iştirak ediblər.

Tədbirə Hesablama Palatasının sədri Vüqar Gülməmmədovun salamlama nitqi ilə başlanıb. O, iqlim dəyişikliklərinin təsirlərinin azaldılması və uyğunlaşma üçün tələb olunan maliyyə və dövlət vəsaitlərinin ayrılmasının vacibliyini vurğulayıb və bu vəsaitlərin şəffaf şəkildə istifadə edilməsi üçün AAO-ların iştirakını önə çəkib.

Tədbirdə həmçinin, Avropa Auditorlar Məhkəməsinin üzvü Kalus-Heyner Lehnenin çıxışı və Braziliya Federal Hesablama Məhkəməsinin nümayəndəsi Hüqo Çudisonun İqlim Skaneri alətinin ilkin qlobal nəticələrini təqdim etməsi ilə davam edilib. Hüqo Çudison bildirib ki, milli hökumətlərin iqlim ilə bağlı tədbirlərini qiymətləndirmək məqsədilə 240 yoxlayıcıya təlimlər keçirilib. Həmçinin, 141 AAO İqlim Skaneri təşəbbüsünə cəlb edilib və 61-i qiymətləndirməni yekunlaşdırıb.

Mozambik AAO-nun nümayəndəsi İqlim Skaneri qiymətləndirməsinin real təcrübəsini təqdim edib. Tədbir, Kanada, Hindistan, Maldiv və digər ölkələrin AAO nümayəndələrinin iştirak etdiyi panel müzakirələri ilə davam edib. Paneldə iqlim idarəçiliyi və hesabatlılığın təkmilləşdirilməsi mövzularında müzakirələr aparılıb.

Sonda, INTOSAI-ın İnkişaf Təşəbbüsü, BMT İnkişaf Proqramı və Braziliya Federal Hesablama Məhkəməsinin vitse-prezidenti Vital do Reqonun yekun nitqi ilə tədbir tamamlanıb.

Fuad Mədətov
Fins.az

Избранный
8
6
fins.az

7Источники