RU

COP29-un Prezidenti: Qobal iqlim məqsədlərinə nail olmaq imkanları genişdir, sadəcə həmrəyliyə ehtiyac var

“Qobal iqlim məqsədlərinə nail olmaq imkanları çox genişdir, sadəcə həmrəyliyə ehtiyac var”.

Bunu COP29-un Prezidenti, Azərbaycanın Ekologiya və Təbii Sərvətlər naziri Muxtar Babayev COP29 çərçivəsində keçirilən”Transformativ İqlim Fəaliyyəti: Diqqəti Maliyyə Girişlərindən Təsirə və MDB-lərin Katalitik Təsirinə Çevirmək” adlı tədbirdə deyib.

O söyləyib ki, COP29-da iştirak edən tərəflərin iqlim dəyişikliyi ilə qlobal mübarizə tədbirlərinə cəlb olunması çox böyük əhəmiyyət kəsb edir:

“İqlim böhranı ekzistensional xarakter daşıyır. Əsas məqsədlərimizdən biri insanların həyatını xilas etmək üçün iqlim maliyyəsinin təminatına nail olmaqdır. Biz öncəki çıxışlarda təbiətin və bəşəriyyətin xilasına yönələn çağırışları eşitdik. Hesab edirik ki, Bakıda keçirilən BMT-nin İqlim Dəyişmələri üzrə Çərçivə Sazişinin Tərəflər Konfrasının 29-cu Sessiyasında iştirak edən tərəflərin iqlim dəyişikliyi ilə qlobal mübarizə tədbirlərinə cəlb olunması çox böyük əhəmiyyət kəsb edir. Burada həmin problemlə mübarizəyə cəlb olunan tərəflər iştirak edir. Bizim öz məqsədlərimizə çatmaq üçün malik olduğumuz imkanlar çox genişdir. Sadəcə bu sahədə daha çox töhfələrin verilməsinə və həmrəyliyə ehtiyacımız var”.

APA

Избранный
40
10
yenigundem.az

10Источники