RU

Mask İrəvani ilə Vaşinqton və Tehran arasında gərginliyin azaldılmasını müzakirə edib

İş adamı Elon Mask və İranın BMT-dəki daimi nümayəndəsi Əmir Səid İrəvani Vaşinqton və Tehran arasında münasibətlərdə gərginliyin azaldılması yollarını müzakirə ediblər.

APA xəbər verir ki, bu barədə mənbələrə istinadən “The New York Times” məlumat yayıb.

Məlumata görə, görüş bazar ertəsi Nyu-Yorkda baş tutub və bir saatdan çox davam edib.

Nəşrin həmsöhbətləri danışıqları müsbət qiymətləndirib və bunu “yaxşı xəbər” hesab etdiklərini bildiriblər.

Избранный
72
2
apa.az

9Источники