Amerikalı milyarder İlon Mask İranın BMT-dəki daimi nümayəndəsi Əmir Səid İrəvani ilə görüşüb.
Publika.az xəbər verir ki, bu barədə "The New York Times" məlumat yayıb.
"İlon Mask bazar ertəsi Nyu-Yorkda İranın BMT-dəki daimi nümayəndəsi ilə görüşüb ", - nəşrin mənbələri qeyd ediblər.
Nəşr vurğulayır ki, söhbətin mövzusu İran və ABŞ arasında gərginliyin azaldılmasıdır.
Qəzetin yazdığına görə, məxfi yerdə baş tutub və bir saatdan çox davam edən görüş ilkin olaraq müsbət qiymətləndirilib.