RU

Haber Global: Türkiyə naziri TDT-nin iclasında ölkəsinin ekoloji sahədə liderlik etdiyini bildirib

“Haber Global” COP29 çərçivəsində Bakıda keçirilən Türk Dövlətləri Təşkilatına (TDT) üzv dövlətlərin ərtaf mühit və ekologiya nazirlərinin ilk görüşündə Türkiyənin ətraf mühit naziri Murat Kurumun mühüm bəyanatını işıqlandırıb.

“Far.Az” “Haber Global”a istinadən xəbər verir ki, nazir ölkəsinin meşəsalma sahəsində Avropanın lideri və öz təcrübəsini digər ölkələrlə bölüşməyə hazır olduğunu açıqlayıb.

“Haber Global” bildirib ki, Kurum Türkiyənin milli parkların yaradılması üzrə 500-dən çox layihə həyata keçirdiyini və 2011-ci ildən qoruqların sayını iki dəfə artırdığını deyib. Telekanalın məlumatına görə, görüş zamanı TDT ölkələri arasında ekoloji əməkdaşlığın gücləndirilməsini nəzərdə tutan sənəd imzalanıb. Kurum həmçinin qeyd edib ki, Türkiyə iqlim dəyişikliyi ilə mübarizədə daha ədalətli beynəlxalq sistemin yaradılması üzərində fəal işləyir.

Telekanalın işıqlandırdığı mühüm məqamlardan biri də nazirin iqlim dəyişikliyinə səbəb olmayan, lakin onun fəsadlarından ciddi əziyyət çəkən ölkələrin dəstəklənməsinin zəruriliyi barədə bəyanatı olub.

Избранный
70
1
far.az

5Источники