RU

Haber Global: Türkiyə COP29-da emissiya hədəflərinə çatmaq üçün nüvə enerjisinin inkişafını sürətləndirəcəyini açıqlayıb

“Haber Global” telekanalı Türkiyənin 2050-ci ilə qədər sıfır emissiya hədəfinə çatmaq üçün nüvə enerjisini artırmaq planlarını işıqlandırır.

“Report” telekanala istinadən xəbər verir ki, ölkə iki yeni stansiya tikərək və nüvə enerjisinin üç qat artırılması haqqında beynəlxalq bəyannaməyə qoşularaq nüvə gücünü 20 qiqavata çatdırmağa hazırlaşır.

Türkiyənin enerji və təbii sərvətlər naziri Alparslan Bayraktar ölkənin 2050-ci ilə qədər nüvə gücünü 20 qiqavata çatdırmağı planlaşdırdığını bildirib. “Haber Global”a görə, Türkiyə “Akkuyu” stansiyasına əlavə olaraq Sinop və Frakiya bölgələrində iki yeni AES tikməyi planlaşdırır. Bayraktar vurğulayıb ki, bu, Türkiyənin 2050-ci ilə qədər sıfır emissiya hədəfinə çatması üçün mühüm addım olacaq. “Haber Global” telekanalı həmçinin qeyd edib ki, Türkiyə COP29 konfransında “Nüvə enerjisinin üç dəfə artırılması Bəyannaməsi”ni imzalayan ölkələrdən biri olub.

Türkiyə 2050-ci ilə qədər digər ölkələrlə birlikdə nüvə enerjisinin payını artırmağı öhdəsinə götürüb. Nazir Bayraktar nüvə texnologiyalarının inkişafının qlobal istiləşməni 1,5 dərəcə səviyyəsində məhdudlaşdırmağa kömək edəcəyinə əminliyini ifadə edib.

Избранный
88
1
far.az

3Источники