RU

Peyğəmbər nəslindən olan şahzadənin misilsiz zümrüdü rekord qiymətə satıldı – FOTO

İsmailiyyə-nizari icmasının imamı III Ağa xanın oğlu Şahzadə Sadruddin Ağa xana məxsus broşdakı zümrüd hərracda rekord qiymətə satılıb.

Medianews.az oxu.az-a istinadla xəbər verir ki, bu barədə “CBS News” məlumat yayıb.

Brilyant daşlarla bəzədilmiş zümrüd hazırda dünyanın ən bahalı yaşıl daşıdır.

Bir çox mütəxəssislər daşın unikal formasını da qeyd edirlər – o, nazik və yastıdır. Belə xüsusiyyətlər zümrüdün rənginə mənfi təsir göstərməlidir, ancaq şahzadənin bəzək əşyasında belə deyil: parlaq yaşıl rəng mükəmməl şəkildə qorunub saxlanılıb.

Sədrəddin Ağa xan Məhəmməd peyğəmbərin birbaşa nəslindən hesab olunur. O, zinət əşyasını 1960-cı ildə nişanlısı Nina Şeyla Dyera üçün “Cartier”dən sifariş edib. Qiymətli broş “Markiz” xüsusi kəsimi olan 20 brilyant və 37 karatlıq zümrüdlə bəzədilib.

Избранный
18
3
medianews.az

4Источники