RU

Ukrayna çətin ki, NATO-ya dəvət alsın - Polşa müdafiə naziri

"2025-ci ilin iyununda Haaqada keçiriləcək NATO-nun növbəti sammitində Ukrayna çətin ki, alyansa qoşulmaq üçün dəvət alsın".

Teleqraf.com xəbər verir ki, bu barədə Polşa Müdafiə Nazirliyinin rəhbəri Vladislav Kosiniyak-Kamış "TVN24" telekanalına müsahibəsində bildirib.

Onun sözlərinə görə, Ukraynanın NATO-ya qoşulmasına hazırda təkcə ABŞ deyil, Polşanın bəzi qonşuları da qarşı çıxır.

Noyabrın 11-də "Reuters" agentliyi ukraynalı rəsmiyə istinadən xəbər verib ki, Donald Trampın ABŞ prezident seçkilərində qələbəsindən sonra Ukraynanın Şimali Atlantika Alyansına dəvət olunması ehtimalı azalıb .


Müəllif: Arzu
Избранный
109
12
teleqraf.com

10Источники