RU

Sumqayıtda qadın pomidor turşusundan zəhərlənib öldü

Sumqayıtda pomidor turşusundan zəhərlənən qadın ölüb.

Azreform.info xəbər verir ki, hadisə Sumqayıt şəhər, Ceyranbatan bağları ərazisində qeydə alınıb.

1971-ci il təvəllüdlü Elnarə Qəfərova yaşadığı mənzildə pomidor turşusundan zəhərləndiyi üçün 12.11.2024-cü il tarixində Bakı şəhər Toksikologiya Xəstəxanasına müraciət edib.

O bu gün müalicə aldığı xəstəxanada ölüb.

Faktla bağlı Sumqayıt Şəhər Prokurorluğunda araşdırma aparılır.

Избранный
7
20
azreform.info

10Источники