Sumqayıtda pomidor turşusundan zəhərlənən qadın ölüb.
Azreform.info xəbər verir ki, hadisə Sumqayıt şəhər, Ceyranbatan bağları ərazisində qeydə alınıb.
1971-ci il təvəllüdlü Elnarə Qəfərova yaşadığı mənzildə pomidor turşusundan zəhərləndiyi üçün 12.11.2024-cü il tarixində Bakı şəhər Toksikologiya Xəstəxanasına müraciət edib.
O bu gün müalicə aldığı xəstəxanada ölüb.
Faktla bağlı Sumqayıt Şəhər Prokurorluğunda araşdırma aparılır.