Avropada qazın qiyməti 2023-cü ilin noyabrından bəri ilk dəfə olaraq min kubmetr üçün 500 dolları ötüb.
Sfera.az xəbər verir ki, qazın qiyməti Rusiyadan tədarükün kəsilməsi ilə bağlı məlumatların yayılması fonunda yüksəlib.
Bundan əvvəl Avstriyanın OMV şirkəti münasibətlərinin pisləşməsi səbəbindən Rusiyadan yanacaq idxalında mümkün fasilələr barədə xəbərdarlıq etmişdi. Şirkət “Qazprom Eksport”un törəmə müəssisəsinə qarşı arbitraj məhkəməsində 230 milyon avro tələbi ilə iddia qaldırıb və bu məhkəməni qazanıb.
Avropada qazın bahalaşmasına təsir edən digər amil qış mövsümünün başlamasıdır. Bu mövsümdə qaz istehlakı artdığından təbii yanacağın qiyməti yaz və yay mövsümünə nisbətən yüksək olur.
Qeyd edək ki, Azərbaycan da Avropaya qaz satır. Qiymətlərin yüksəlməsi Azərbaycanın ixrac gəlirlərinin artmasına kömək edəcək.
Vasif
Sfera.az